ABŞ prezidentliyinə Demokratik Partiyasından namizədHillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 2% qabaqlayır.
Apa-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, “Morning Consult” şirkəti tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 42 faizini, Tramp isə 40 faizini toplaya bilər.
Rəy sorğusu sentyabrın 15-16 keçirilib.
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.
Gununsesi.info