Klinton Trampı 7 faiz qabaqlayır

  • By admin
  • 14 Oktyabr 2016 21:33

klinton

 

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 7 faiz qabaqlayır.

APA-nın məlumatına görə, oktyabrın 10-12-də Fox News telekanalı tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 45 faizini, Tramp isə 38 faizini toplaya bilər.

Oktyabrın 3-6-da  telekanalın keçirdiyi rəy sorğusunda Klintonun üstünlüyü cəmi 2 faiz təşkil edib (Klinton – 44%, Tramp – 42%).

Oktyabrın 9-da Klintonla Tramp arasında ikinci teledebat keçirilib. CNN telekanalının sorğusuna əsasən, sabiq dövlət katibi teledebatda 37%-ə qarşı 57% səslə qalib qəlib.

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

 

Gununsesi.info