Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mayın 12-də Rusiyaya səfər edəcək.
MM-dən Gununsesi.info-ya verilən məlumata görə, Ə. Hüseynli Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüş keçirəcək. Görüşdə parlamentlər arasında əlaqələrinin möhkəmləndirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Səfər mayın 15-də başa çatacaq.
Gununsesi.info