Komitə sədri: “Onlarn cəzasını Allah verəcək”

  • By admin
  • 05 Dekabr 2016 14:58

mubariz_qurbanoglu

“Hər başına papaq qoyan və əlində “Quran” tutan adam din xadimi deyil”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Fitnə” filminin nümayişi zamanı tələbələrdən birinin sualını cavablandırarkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O, tələbənin “bəzi mollalar səhər hüzr yerinə gedir, axşam isə spirtli içki içir, bu, nə qədər düzgündür?” sualına cavabında həmin şəxslərə Komitə tərəfindən cəza nəzərdə tutulmadığını deyib. “Din xadimi o şəxs sayılır ki, o, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının imtahanından keçərək müvafiq titul və xüsusi vəsiqə alır. Azərbaycanda belə vəsiqə alan din xadimlərinin sayı 600-dən yuxarı deyil. Rayonlarda dini ayinləri oxuyanların bəziləri inanmıram ki, rəsmi təyinatlı imam və ya axunddurlar. Eyni zamanda, din xadimlərinin ayrıca paltarları da olur. Əgər kimsə başqa məqsədlər üçün bu sahədə olandırsa, onun cəzası Allah qarşısında olacaq”, – deyə, M.Qurbanlı əlavə edib.

Gununsesi.info