Koronavirusa yoluxma sayında rekord qeydə alındı

  • By admin
  • 25 İyul 2020 11:27

Koronavirusa yoluxma hallarının sayı son sutka ərzində 284 mindən çox artıb.

Gununsesi.org bildirir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər yayıb.

Ötən gün 284 196 yoluxma halı qeydə alınıb. Bu, pandemiya başlayandan bəri rekord göstəricidir.

Son məlumatlara görə, dünyada 15 943 547 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxan 642 751 xəstə ölüb, 9 726 064 nəfər sağalıb.

Gununsesi.org