Koronavirusla piylənmə arasında əlaqə müəyyən edildi

  • By admin
  • 31 Mart 2020 09:08

Rusiyalı alimlər koronavirus və piylənmə arasında əlaqəni müəyyən ediblər.

Gununsesi.org bildirir ki, bu barədə “İzvestiya” xəbər yayıb.

Məlumata görə, yoluxucu və xroniki xəstəliklər zamanı bədən kütləsi indeksi insanın yaşaması ilə birbaşa əlaqəlidir: indeks nə qədər yüksək olsa, ürək-damar xəstəliyi və ya ikinci tip diabet xəstəliyinə tutulma ehtimalı bir o qədər çox olar.

Virusoloqlar və dietoloqlar piylənmə ilə bağlı problemi olan insanlarda COVID-19 epidemiyasının gedişatının daha ağır olacağını düşünürlər.

Gununsesi.org