Kral şahzadəni edam etdirdi

  • Müəllif: admin
  • 19 Oktyabr 2016 12:35

kral
Kral ailəsinə mənsub şahzadə Turki bin Saud Əl-Kabir Səudiyyə Ərəbistanında edam edilib.

Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, edam paytax Ər-Riyadda reallaşdırılıb.
Edamanı hansı yol və metodla həyata keçirildiyi açıqlanmasa da, həmin şəxsin, boyununa endirilən qılınc zərbəsi ilə edam edildiyi təxmin edilir.
Qeyd edək ki, şahzadə Turki bin Saud Əl-Kabir 2012-ci ildə aralarında yaranan mübahisə zəminində silahdan atəş açaraq dostunu qətlə yetirmişdir.

Anar
Gununsesi.info