Kraliça II Elizabetin dəfn mərasimi başlayıb - VİDEO/FOTOLAR

  • By admin
  • 19 Sentyabr 2022 14:57

Londonda Britaniya kraliçası II Elizabetin dəfn mərasimi başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Dəfn mərasimi Vestminster abbatlığında keçirilir.

Tabutu II Elizabetin böyük oğlu Kral III Çarlz və şahzadə Uilyam, şahzadə Harri, şahzadə Anne, şahzadə Endryu və şahzadə Edvard da daxil olmaqla kral ailəsinin digər üzvləri izləyir.

Dəfn mərasimində ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın keçmiş baş nazirləri Boris Conson, Tereza Mey, Devid Kemeron, Qordon Braun, Toni Bleyr və Coy Mayor, Avropa kral ailələrinin nümayəndələri və dünyanın müxtəlif ölkələrindən dövlət başçıları iştirak edəcək.

Kraliça II Elizabet Vindzorda – əri Şahzadə Filipin yanında dəfn olunacaq.

Gununsesi.info