Kremlin Sərkisyana ermənisayağı “qulaqburması” - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 23 Aprel 2018 16:30

Son günlərdə Ermənistanda Serj Sərkisyan hakimiyyətinə qarşı başlanan etiraz dalğaları artıq öz pik həddinə çatıb. Artıq Serj Sərkisyan hakimiyyətinin istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi ilə keçirilən etiraz aksiyasına ölkənin bütün ictimai-siyasi təbəqələri qatılıb.  Prosesun aparıcı qüvvə isə yenə də gənclikdir. Ən maraqlı cəhət isə ondan ibarətdir ki, aksiyaya bu gündən etibarən  din adamlarının qatılması və etiraz aksiyasın açıq dəstək verməsidir. Ordunun da müəyən bir qisminin etirazçıları dəstək verdiyi bildirilir. Etiraz aksiyaları artıq  Ermınistanın digər şəhərlərini də bürüməkdədir.  Aprelin 23-də Ermənistanın üçüncü şəhəri Vanadzorda da etiraz aksiyalarına start verilib.  Belə demək mümkünsə proseslər artıq hakimiyyətin nəzarətindən tam çıxmaqdadır.Vəziyyətin nəzarətdən çıxmasını görənhakimiyyətə məcburiyyət qarşısında müxalifətlə  dialoqa getmək şərtini qəbul edib. Bunu görən ölkə başçısı Armen Sərkisyan vəziyyətin nəzarətdən çıxacağı təhlükəsini dilə gətirib və proseslərin öz məcrasına dönməsi üçün  hökuməti əməli tədbirlər görməyə çağırıb.

Bunun ardınca hökumət müxalifətlə dialoqa  getmək məcburiyyətində  qalıb. İlk olaraq baş nazirin birinci müavini Karen Karapetyanın  iki gündür polis tərəfindən həbs edilən müxalifət liderləri, parlament deputatları Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyan barəsində seçilən  həbs qətimkan tədbirinin dəyidşirilməsi ilə bağlı baş prokurorluğa müraciət edib. Bununla yanaşı K.Karapetyan həbs edilən müxalifət liderləri ilə görüşə getdiyini bildirib.

Hətta hakim koalisiyada yer alan “Daşnaksütun” Partiyası da müxalifələrin həbsini pisləyir və müxalifətlə hakimiyyəti dialoqa gedib kompromiss variantın axtarılmasını təklif edir.

Ölkənin təhlükəsizlik xidmətinin rəhbəri də proseslərin Ermənistan dövlətçilyi üçün ciddi təhlükə yaratdığını açıqca dilə gətirib.

İndi hamını bir sual düşündürür. Hadisələrin dinamikası necə inkişaf edəcək  və proseslərə hansı həddədək davam edəcək? Rusiya tam nəzarətinə olan ölkədə proseslərin  məcradan çıxmasına imkan verəcəkmi?  Çünki bu ölkədə Moskvanı razılığı olmadan hər hansı ciddi dəyişiklərin olacağına ümidlər çox azdır. Ona görə ki, Ermənistan siyasi, iqtisadi, təhlükəsizlik və ordu baxımdan tamamilə Rusiyadan asılı vəziyyətə düşməklə, faktiki olaraq bu ölkənin bir subyektinə çevrilib. Odur ki, analitikləri baş verən proseslərə Kremlin hələ də səbrlə izləyib,   seyriçi bir mövqe sərgiləməsi, İrəvandak etiraz aksiyalarında Moskvanın əlinin olub-olmadığı ciddi düşündürür. Əgər baş verən olaylarda Moskvanın əli varsa, niyə məhz seçki zamanı deyil, indi bu prosesə start verib. Bunun isə bir sıra səbəbləri ola bilər.

 Birincisi, Rusiya seçkilərdən  dərhal sonra Ermənistanın Avropa Birliyi ilə imzaladığı sazişi ratifikasiya etməsi ola bilər.

İkincisi, hakim elitada ciddi çatların baş verməsi və maraqların toqquşması. Çünki hələ aprelin 9-da  Ermənistan parlamentində Armen Sərkisyan prezident seçiləndə ölkənin generalitet təbəqəi və oliqarxları nümayişkəranə parlament salonunu tərk etmişdi. Hə o zaman bildirilirdi ki, Armen Sərkisyan Serj Sərkisyanın əlində “marionetka” bir prezident olmaqla, əslində ölkədə bütün prosesləri öz əlində cəmləyəcək. Ona görə ki,  həm konstitusiyaya edilən dəyişikliyə əsasən, həm də parktik cəhətdən  Ermənistan prezidenti formal bir post olacaq və parlamentdən asılı bir şəxsə çevriləcək. Parlament spikerinin  də eyni dərəcədə ciddi səlahiyyəti olmayan şəxsdir və istənilən vaxt postunu itirə bilər. Ermənistanda prezident üsul-idarəsinə çevrildikdən sonra  ölkədəki güclər, klanlar  arasında maraqların ciddi toqquşması, mövcud vəziyyətin yaranmasını şərtləndirən amillərdən biridir. Daha doğrusu baş verən proseslərə Ermənistanda üzdə görükməyən oliqarx və generalitetin dəstək verməsidir. Kreml həm bunu həm də, İrəvanın son dövrlərdə Serj Sərkisyanın rəhbərliyi altında Moskvadan uzaqlaşma siyasətini gördüyündən Ermənistanan bir “dərs “ vermək istəyir. Odur ki, indiki mərhələdə Ermənistanda siyasi böhranın daha da dərinləşməsi və Sərkisyanın mövqelərinin zəifləməsi  Moskvanın xeyrinədir. Bu gün Moskvaya güclü Sərkisyan deyil,  mövqeləri daha zəif Sərkisyan lazımdır. Moskva onu da yaxşı anlayır ki, güclü Sərkisyan komandası yersiz “başağrısıdır”. Son dövrlərdə Sərkisyan artıq Kreml üşün “baş ağrısına” çevrilib. Sərkisyanın  Qərblə ikibaşlı oyun oynaması heç də Kremlin  heç də xoşuna gəlmirdi və ona “dərs” vermək üçün məqam gözləyirdi və bu da “dərs”… O baxımdan Ermənistandakı siyasi böhranın hələ bir az da dərinləşəcək və müxalif dəstənin mövqeləri daha da güclənərək möhkəmlənəcək. Etiraz dalğaları daha da güclənəcək.

Sonda Moskva daha zəif  və tam zərərsiz Sərkisyandan  öz məqsədləri üçün istifadə edəcək. Moskva həm də bu proseslərə seyrçi mövqe sərgiləməklə Sərkisyan əleyhdarlarnın hansı gücə malik olduğunu yoxlamaq istəyir. Kreml  Sərkisyanı qurban verdikdə onun yerini tutacaq  qüvvənin Ermənistandakı siyasi proseslərə necə nəzarət edə biləcəyini test edir.

Sərkisyan da Moskvanın proseslərə seyrçi mövqe sərgilədiyini gördüyündən aksiya iştirakçıların qarşı daha ciddi  zor tətbiq etməkdən  bacardıqca qaçır. Əks təqdirdə Sərkisyan aksiya iştirakçıların divan tutardı. İndiki vəziyyətdə isə Sərkisyan Moskvadan bir mesaj gözləyir.

Lakin onu da unutmaq lazım deyil ki, Ermənistanda baş verən olayların Qərbin də marağında ola bilər. Ona görə ki, hələ “soyuq müharibə” dövrünün sonunda SSRİ-nin dağıdılmasında  Qərb Ermənistandakı millətçilik amildindən istifadə etdi və ilk aksiyalar da elə İrəvanda, Xankəndində “miatsum” şuarı adı altında Qarabağın Ermənistana birləşdirilməsi adı altında aksiyalra start verildi. Bunu Qərbin də bir testi hesab etmək olar.

Bütün hallarda Ermənistanda  davam edən aksiyaların daha ciddi proseslərlə sonuclanacağı qaçılmazdır. O baxımdan  Ermənistan hakimiyyəti geri addımlar atmaq zorundadır.

Mürtəza Bünyadlı

Gununsesi.info