Tanınmış jurnalist ürəyindən əməliyyat olundu

  • By admin
  • 23 Aprel 2018 16:38

Xalq qəzeti”nin məsul əməkdaşı, Əməkdar jurnalist Azərbaycan Mətbuat şurasının Təftiş və Nəzarət   komissiyasının sədri Tahir Aydınoğlu bu günlərdə kəskin ürək çatışmazlığı diaqnozu ilə Bakı Şəhər Mərkəzi Klinik Xəstəxanasına müraciət edib. Burada invaziv-kardioloq Tofiq Sadıqov müayinə zamanı  jurnalistin ürəyində  tac damarlarının tutulduğunu aşkarlayıb.

Xəstəxanada jurnalistə ürəyinə stend qoyulmaq təklifi edilib.

Jurnalist Tahir Aydınoğlu bu gün tanınmış həkim, tibb elmləri namizədi Tofiq Sadıqov tərəfindən əməliyyat olunub.

Gununsesi.info xəbər verir ki, jurnalist modern.az-a açıqlamasında əməliyyatın uğurla başa çatdığını qeyd edib. Hazırda həkimlərin əməliyyatdan sonrakı tövsiyyələri ilə hərəkət edən Tahir Aydınoğlu Modern.az vasitəsilə başda baş həkim Ədalət Dadaşov və əməliyyatı aparan Tofiq Sadıqov olmaqla, Mərkəzi Klinik Xəstəxanasının bütün həkim kollektivinə təşəkkürünü bildirib.