Kristin Muttonen ATƏT PA-nın yeni prezidenti seçildi - cəmi 86 səslə

  • By admin
  • 05 İyul 2016 13:27

 

 

kristin-220x150

 

Tbilisidə keçirilən ATƏT PA-nın 25-ci sessiyasında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, 54 ölkədən 700 nümayəndənin iştirak etdiyi sessiyasında avstriyalı deputat Kristin Muttonen (Christine Muttonen) 86 səslə ATƏT PA-nın prezidenti seçilib. Fransız deputat Alen Neri 26, gürcü deputat Giqi Tsereteli isə 73 səs toplayıb.Səsvermə iki dəfə aparılıb. Öncə namizədlərin aldığı səs yetərli olmayıb.

Qeyd edək ki ATƏT PA-nın prezidenti İlkka Kanerva bu vəzifəyə 2014-cü ildə seçilib, bu il onun səlahiyyət müddəti başa çatıb. ATƏT PA-nın 25 illik sessiyasında Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Gununsesi.info