Kürdə batanların kimliyi məlum oldu – YENİLƏNİB

  • By admin
  • 08 İyul 2021 21:46

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Kür çayında batan şəxslərin axtarışlarına cəlb olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hazırda axtarışlar aparılır. İlkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.

 

Əlavə məlumat veriləcək.

 

17:00

 

Qazax rayonunda 2 nəfərin Kür çayında boğulduğu ehtimal edilir.

 

Modern.az-ın məlumatına görə, hadisə Kür çayının rayonun Birinci Şıxlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info