
Kürdəmir Dairə Seçki Komissiyasının binasında yanğın baş verib.
Gununsesi.info xəbər verir ki, rayon sakinlərinin oxu.az-a verdiyi xəbərə görə, alovun söndürülməsinə bir neçə yanğınsöndürən briqada cəlb olunub.
Yanğın söndürülüb.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Yaralalıların olub-olmaması barədə məlumat yoxdur.
Qeyd edək ki, DSK şəhərin mərkəz hissəsində, Heydər Əliyev prospektində yerləşir.
Gununsesi.info










