Kürdəmir sakini narkotik vasitə ilə tutuldu

  • By admin
  • 31 May 2016 13:58

 

kurdemir

Rayon polis şöbəsinə daxil olan məlumat əsasında aparılan araşdırmalar zamanı rayon sakini  Elman Haqverdiyev tutularaq istintaqa cəlb olunub.  Gununsesi.info-nun xəbərinə görə, onun üzərinə baxış keçirərkən kibrit qutusunda  5.53 qram çəkidə qurudulmuş marixuana aşkarlanıb. Daha sonra rayonun Heydər Əliyev küçəsində yerləşən mənzilində aparılan əməliyyat- axtarış tədbirləri nəticəsində  də ümumi çəkisi 455 qr olan qurudulmuş marixuna aşkarlanaraq hüququ-mühafizə əməkdaşları tərəfindən təhvil götürülüb.Istintaq zamanı  təqsirləndirilən şəxs ümumi 460 qr olan kustar üsulla hazırlanmış marixuanın ötən ilin avqustundan naməlum mənbədən şəxsi istehlak məqsədilə əldə etdiyini bildirib.Qeyd edək ki, Elman Haqverdiyev əvvəllər  oğurluq əməlinə görə  məhkumluq həyatı yaşayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 234.1 maddəsi üzrə cinayət işi açılıb, araşdırmalar aparılır.