
Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Xırdapay kəndində vətəndaşa məxsus ümumi sahəsi 230 m2 olan kürsülü birmərtəbəli 6 otaqlı evin 2 otağının və dəhlizinin yanar konstruksiyaları 55 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info












