Kürdəmirdə yol qəzası baş verib

  • Müəllif: admin
  • 16 Noyabr 2017 09:30

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu ərazisindən “VAZ“ markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri qəzada xəsarət alan “VAZ“ markalı minik avtomobilinin sürücüsünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Gununsesi.info