Zəlzələ Tərtərdə 3 evi uçurub

  • Müəllif: admin
  • 16 Noyabr 2017 09:35

Gununsesi.info xəbər verir ki, baş verən zəlzələ nəticəsində Tərtər rayonunda 3 ev uçub.

Bu barədə Tərtər rayon icra başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanov məlumat verib.

Komissiya sədri bildirib ki, rayonun İsmayılbəyli və Evoğlu kəndlərində 3 ev və bir mal tövləsi uçub, 6 evə isə ziyan dəyib: “Hələlik dəqiqləşdirmələr aparılır. Ziyan dəyən evlərin sayı arta bilər”.

Gununsesi.info