Lənkəran Dövlət Universitetində turizm tədris-təcrübə bazası istifadəyə verilib - FOTOLAR

  • By admin
  • 15 İyun 2018 14:04

15 iyun-Milli Qurtuluş Gününün 25-ci ildönümünü Lənkəran Dövlət Universiteti (LDU) özünəməxsus hədiyyə ilə qarşılayıb.

Gununsesi.info xəbər verir ki, ölkə təhsilində ilk dəfə olaraq məhz LDU-nun  nəzdində  müasir tələblərə cavab verən turizm  tədris-təcrübə bazası inşa olunaraq  bayram  günü tələbələrin ixtiyarına verilib. Yeni bazanın açılış mərasiminə universitetin professor-müəllim-tələbə heyəti ilə yanaşı Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, müəssisə və təşkilat rəhbərləri,turizm sektorunun nümayəndələri, rayon ziyalıları qatılıb.

Açılış mərasimini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov əvvəlcə tədbir iştirakçılarını, bütün Azərbaycan xalqını 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib.Cənub bölgəsinin böyük turizm potensialına malik olduğunu deyən professor N.İbrahimov LDU-da turizm və otelçilk ixtisasının məhz bu məqsədlə açıldığını və bu günkü tədris-təcrübə bazasının da bu istiqamətdə peşəkar kadr hazırlığına yardımçı olacağını deyib. Bildirib ki, yeni yaradılmış turizm-təcrübə bazasında  regionda fəaliyyət göstərən turizm müəsisələrinin bələdçi və otel işçiləri üçün peşəkar mütəxəssislər tərəfindən vaxtaşırı treninq və seminarların keçirilməsi nəzərdə tutulub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbirin bütün iştirakçılarını 15 iyun-Milli Qurtuluş Günü və Ramazan bayramı münasibəti ilə təbrik edərək bayram arzularını çatdırıb.Lənkəran Dövlət Universitetində son  illərdə tədris bazasının gücləndirilməsi istiqamətində aparılan işlərdən ətraflı bəhs edən icra başçısı, təhsil prosesində yaradılan şəffaf mühitin, yaradıcılıq ab-havasının rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını deyib, kollektivin Lənkəranın ictimai-siyasi-mədəni həyatında fəal iştirakını yüksək dəyərləndirib. Yeni turizm- təcrübə bazasını Lənkəran və bütövlükdə cənub bölgəsi üçün turizmin inkişafı istiqamətində böyük  nailiyyət adlandıraraq bu ideyanı həyata keçirənlərə minnətdarlıq bildirib, tələbələrə yaradılmış şəraitdən maksimum yararlanmağı tövsiyyə edib.

Sonra rəmzi qırmızı lent kəslib. Qonaqlar turizm-təcrübə bazası, burada yaradılan şəraitlə əyani tanış olublar.

Qeyd edək ki, turizm-təcrübə mərkəzində 35 nəfərin istirahət etməsi üçün komfort şərait yaradılıb.Bazadan   turizm məqsədləri üçün də  istifadə ediləcək.Məqsədsə,  universitetin maddi-texniki bazasını daxili imkanlar hesabına gücləndirməkdir.

Esmira İsmayılova

LDU-nin mətbuat xidmətinin rəhbəri

Gununsesi.info