Lənkəranda 9 yaşlı oğlanı ilan sancıb.
APA-nın verdiyi məlumata görə, hadisə rayonun Zövlə kəndində qeydə alınıb.
Kənd sakini 2008-ci il təvəllüdlü Roman Elşad oğlu Sadıqov həyətdə oynayarkən onu ilan sancıb. Dərhal yaralı Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hazırda azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.
Gununsesi.info












