IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışında bürünc medalın sahibi müəyyənləşib.
Gununsesi.info xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən yarışda üçüncü yer uğrunda görüşdə Tacikistan və Qırğızıstan yığmaları üz-üzə gəliblər. Matçda 3:0 hesabı ilə qalib gələn Qırğızıstan millisi İslamiadanın bürünc medallarına sahib olublar. Qırğızıstanlı voleybolçular hər üç setdə böyük fərqlə qələbə qazanıblar – 25:10, 25:12, 25:16.
Qızıl medal uğrunda görüşdə isə Azərbaycanın və Türkiyənin qadın voleybolçuları qarşılaşırlar.
Gununsesi.info