Lənkəranda akademik Həsən Əliyevin 110 illiyi qeyd olunub - FOTOLAR

  • Müəllif: admin
  • 16 İyun 2017 16:40

DSC_0184

Lənkəran Dövlət Universitetində (LDU) “İnsan və ətraf mühit münasibətləri” mövzusunda republika elmi konfransı keçirilib.

Gununsesi.info xəbər verir ki, Azərbaycanın görkəmli coğrafiyaçı və torpaqşünas alimi, akademik H.Ə.Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş republika elmi konfransı “İnsan və ətraf mühit münasibətləri”nə həsr olunub.

Azərbaycan Milli Elmlər Akademiyası akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti və Lənkəran Dövlət Universitetinin birgə təşkil etdiyi konfransı LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq belə mötəbər tədbiri Lənkəranda keçirtdiklərinə görə təşkilatçılara minnətdarlıq edib  və gündəlikdə duran məsələlər barədə  iştirakçılara məlumat verib.

Natiq İbrahimov Azərbaycanda ekologiya elminin inkişafında,ekoloji mühitin tarazlaşdırılmasında və qorunmasında, bu sahədə elmi kadrların hazırlanmasında akademik H.Əliyevin yorulmaz fəaliyyətindən bəhs edib.

Konfransda AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitunun direktoru ,akademik Ramiz Məmmədovun “Azərbaycanın görkəmli coğrafiyaçı və torpaqşünas alimi –akademik H.Əliyev”, həmin institutun əməkdaşları Məhərrəm Həsənov və Mətləb Rəhimovun “Lənkəran təbii vilayətinin iqlim və aqroiqlim ehtiyatları”, coğrafiya üzrə fəlsəfə doktorları  Zakir Eminovun “Lənkəran- Astara iqtisaadi rayonunda müasir demoqrafik vəziyyətin iqtisadi-coğrafi problemləri”, Solmaz Rzayevanın “Lənkəran-Astara iqtisadi rayonunda ekocoğrafi mühitin onkoloji xəstəliklərin yayılmasına təsiri”, Azərbaycan Coğrafiya Cəmiyyəti Lənkəran filialının sədri, coğrafiya elmləri namizədi Ziyafət Ağayevin “Lənkəran təbii vilayəti çaylarında ekoloji problemlər və onların əmələgəlmə səbəbləri“, AMEA-nın müxbir üzvü  Rauf Qardaşovun “Azərbaycanın günəş enerjisi modeli“, LDU-nun aqrar və mühəndislik fakültəsinin dekanı ,kənd təsərrüfatı elmləri namizədi Balayar Şahbazovun ”Lənkəran-Astara bölgəsi torpaqlarının ekoloji problemləri” və digər mövzularda məruzələri dinlənilib. Sonra məruzələr ətrafında disskussiya keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Plenar iclasdan sonra konfrans işini ayrı-ayrı bölmələr üzrə davam etdirib.

DSC_0464

Gununsesi.info