Lənkəranda sərnişin avtobusları toqquşub, yaralananlar var

  • By admin
  • 27 Oktyabr 2016 19:56

t

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran şəhəri, Füzuli küçəsində qeydə alınıb.

Lənkəran şəhəri Dairəvi marşrut avtobusu Lənkəran-Astara xətti ilə hərəkət edən sərnişin mikroavtobusu ilə toqquşub. Nəticədə mikroavtobusda olan 14 sərnişindən 4 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Lənkəran şəhəri Dairəvi marşrut avtobusu qaraja hərəkət etdiyindən içərisində sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info