
Tovuz rayonunda usta ehtiyatsızlıqdan özünü doğrayıb.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Bayramov Səlim İsmayıl oğlu həyətdə təmir işləri apararkən ehtiyatsızlıqdan “laqonda” ilə ayağını doğrayıb.
Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Gununsesi.info