Lerikdə Novruz şənliyi keçirilib- FOTOLAR

Lerikdə Novruz şənliyi keçirilib

Martın 19-da Lerik şəhərində Heydər Əliyev meydanında bayramsayağı bəzədilmiş parkda  təntənəli Novruz şənliyi keçirilib.

Gununsesi.info xəbər verir ki,  şənlikdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, millət vəkili İqbal Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak ediblər.

Əvvəlcə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və rayonun deputatı İqbal Məmmədov bayram münasibəti ilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar.
Sonra Dədə Qorqud şənlik iştirakçılarını və rayon əhalisini müqəddəs Novruz bayramı münasibəti ilə təbrik edib. Minlərlə leriklinin maraqla izlədiyi bayram tonqalı icra başçısı R.Bağırov və İ.Məmmədov tərəfindən alovlandırılıb.

Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov və millət vəkili İqbal Məmmədov min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon əhalisini təbrik ediblər, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulayıblar. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Novruz bayramının respublikamızın bütün regionlarında təntənəli şəkildə keçirildiyini qeyd edərək gələn il Novruz tonqalının doğma və əzəli Qarabağ torpaqlarında alovlanmasını arzu ediblər.
Bayram tonqalı ətrafında rayon mədəniyyət mərkəzinin və kənd mədəniyyət evlərinin rəqs ansambllarının üzvləri və özfəaliyyət kollektivlərinin ifasında Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə yumoristik səhnələr, qədim xalq rəqsləri və oyunlar nümayiş etdirildi və rəngarəng musiqi nömrələri ilə zəngin konsert proqramı təqdim olunub.

Gununsesi.info

COMMENTS