Lerikdə ağlagəlməz faciə: XİZƏKLƏ SÜRÜŞƏN UŞAQ İNƏKLƏ TOQQUŞARAQ ÖLDÜ

  • By admin
  • 15 Dekabr 2017 11:48

Lerikdə 12 yaşlı uşaq faciəli şəkildə ölüb.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayonun Qələsər kəndində qeydə alınıb.

Kənd sakini, 2005-ci il təvəllüdlü İsgəndərov Orxan Rüstəm oğlu xizəklə sürüşəndə inəklə toqquşub.

Nəticədə ağır xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən O.İsgəndərov bu gün xəstəxanada dünyasını dəyişib.

Gununsesi.info