Lerikdə ev yanıb

  • By admin
  • 26 Fevral 2018 22:44

Lerikdə yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Lerik rayonu, Orand kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 2 ton ot bağlaması yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info