“Lester” 9:0 hesabı ilə “Sauthempton”u məğlub edib

  • By admin
  • 26 Oktyabr 2019 09:28

İngiltərə Premyer Liqasının 10-cu turunun səfər matçında “Lester” 9:0 hesabı ilə “Sauthempton”u məğlub edib.

Gununsesi.org xəbər verir ki, Ayose Peres (19, 39 və 57 dəqiqə) və Ceymi Vardi (45, 58, 90+3) hərəyə üç qol vurub.

Ben Çiluell (10), Yuri Tilemans (17) və Ceyms Maddison ( 85) hərəyə bir qolla fərqlənib.

“Lester” 20 xal toplayaraq İngiltərə çempionatının liqa cədvəlində ikinci, “Sauthempton” (8) isə 18-ci sırada qərarlaşıb.

 

Gununsesi.org