Liderlər heç-heçə edib, İstanbul derbisində qol olmayıb

  • Müəllif: admin
  • 15 Mart 2020 22:41

Türkiyə Super Liqasında XXVI tur davam edir.

Gununsesiaz.info-nun məlumatına görə, turun üçüncü günündə üç oyun keçirilib.

Turnir cədvəli baxımından turun mərkəzi oyunu Trabzonda baş tutub. Çempionatın şərikli liderləri “Başakşəhər”lə “Trabzonspor” sonuncuların meydanında üz-üzə gəliblər.

Matçdakı hər iki qol ikinci hissədə vurulub. Qonaqlar öncə hesabı açsalar da, 7 dəqiqə avtoqola üzülüblər. Liderlərin heç-heçəsi izləyicilər üçün xal fərqini yaratmaq imkanı yaradıb.

3-cü pillədə qərarlaşan son çempion “Qalatasray” İstanbul derbisinə çıxıb. “Sarı-qırmızııar” evdə “Beşiktaş”ı qəbul edib.

Liderlərin dueli kimi istanbullular arasında qarşılaşmada da qalib müəyyənləşməyib. Lakin digər matçlardan fərqli bu oyun qolsuz başa çatıb.

Günün digər qarşılaşmasında təhlükəli zonada qərarlaşan iki komanda görüşüb. Autsayder “Kayserispor” turdan-tura aşağı pillələrə yuvarlanan “Yeni Malatyaspor”u 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.

Türkiyə Super Liqası
XXVI tur
15 mart
“Kayserispor” – “Yeni Malatyaspor” – 2:1

Mesanoviç, 22, Enrike, 42 – Kyartansson, 70
“Trabzonspor” – “Başakşəhər” – 1:1
Şkrtel, 63 (avtoqol) – Ba, 56
“Qalatasaray” – “Beşiktaş” – 0:0

1. Trabzonspor 26 15 8 3 59:28 53
2. Başakşəhər 26 15 8 3 50:25 53
3. Qalatasaray 26 14 8 4 44:20 50
4. Sivasspor 25 14 7 4 47:28 49
5. Beşiktaş 26 13 5 8 40:32 44
6. Alanyaspor 26 12 7 7 44:25 43
7. Fənərbaxça 26 11 7 8 46:34 40
8. Göztəpə 25 9 7 9 29:30 34
9. Qaziantep 26 8 8 10 36:41 32
10. Dənizlispor 26 8 7 11 26:34 31
11. Gənclərbirliyi 26 7 7 12 33:44 28
12. Antalyaspor 25 6 9 10 28:43 27
13. Kasımpaşa 26 7 5 14 38:50 26
14. Konyaspor 26 5 11 10 21:33 26
15. Y.Malatyaspor 26 6 7 13 38:40 25
16. Rizəspor 25 7 4 14 26:42 25
17. Ankaragücü 26 5 8 13 23:45 23
18. Kayserispor 26 5 7 14 28:62 19

 

 

 

Gununsesiaz.info