Məmmədyarov:”Ermənistan yenə təmas xəttində təxribatlar törətməyə çalışır”

  • By admin
  • 15 İyul 2016 14:37

ELIZ

 

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında sualları cavablandırarkən deyib. O bildirib ki, Ermənistan yenə təmas xəttində təxribatlar törətməyə çalışır:

 

“Bu hadisələrə son qoymaq üçün diplomatik vasitələrdən istifadə etmək lazımdır. Çünki baş verən xoşagəlməz hadisələr göstərir ki, danışıqların intensivləşməsini istəməyən qüvvələr mövcuddur. Ermənistan əsgərləri təmas xəttində qaldıqca, bu cür xoşagəlməz hadisələr baş verməyə davam edəcək”.

Gununsesi.info