Məcburi köçkünlər yaşayan bina yanıb - FOTOLAR+VİDEO

  • By admin
  • 12 Dekabr 2017 14:28

Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, məcburi köçkünlər yaşayan 1-ci qəsəbə bina 9-da dünən axşam saat 10-11 radələrində yanğın hadisəsi baş verib.

Gununsesi.info-ya daxil olan məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Verilən informasiyada qeyd olunur ki, hadisə zamanı ölən olmayıb. Tüstüdən zəhərlənən 2 azyaşlı uşaq hazırda Mingəçevir Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsindədir.

Bildirilir ki, “Azərişıq” ASC-nin əməkdaşları hazırda məcburi köçkünlərin yaşadığı binada yanmış naqilləri bərpa edir.

Gununsesi.info