Mədət Quliyev DTX əməkdaşları qarşısında tələb qoydu

  • By admin
  • 28 İyul 2016 09:18

medet

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Mədət Quliyev rəhbərlik etdiyi qurumda çalışan əməkdaşlar qarşısında tələb qoyub. Gununsesi.info-nun xəbərinə görə, Mədət Quliyev DTX əməkdaşlarının yol-hərəkəti qaydalarına ciddi riayyət etmələri, avtomobil idarə edərkən təhlükəsizlik kəmərinin bağlamaları barədə onlara  tapşırıq verib.

O, həmçinin, bildirib ki, Yol-Patrul Xidməti əməkdaşları tərəfindən avtomobilləri saxlanan DTX-çıların cərimədən yayınmaq üçün xidməti vəsiqələrini polisə göstərməsi barədə fakt aşkarlanarsa, daxili təhlükəsizlik qaydasında xidməti yoxlama aparılacaq.