Məhəllə uşağları dənizə getdilər amma nəfsini saxlıya bilmədilər - Oğurluq etdilər

  • By admin
  • 10 Avqust 2016 17:52

mehelle

 

 

Binəqədi rayon polis idarəsinə ərizə ilə müraciət edən vətəndaş avqustun 4 də rayonun Novxanı qəsəbəsində yerləşən çimərliyində istirahet edərkən ona məxsus  çanta naməlum şəxslər tərəfindən oğurlandığını bildirib .

Gununsesi.info xəbər verir ki, zərərçəkən xanımın ifadəsi alınarkən məlum olub ki,  çantanın içərisində 48 manat pul və 2 ədəd ifon markalı mobil telefon olub. Rayon polis idarəsinin əməliyyatçılarının keçirdiyi  əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 19 yaşlı Mirhikmət Həmidov və az yaşlı olan 3 şəxs Tərlan, Məmmədşah,Tərlan saxlanılaraq idarəyə gətiriliblər. İdarədə dindirilən şəxslər törətdikləri cinayəti səmimi etiraf ediblər. Mirhikmətin sözlərinə görə o və 3 məhəllə uşağı sərinləmək üçün çimərliyə gediblər. Lakin istirahətin sonunda puları qurtardığı üçün oğurluğa əl atmaq qərarına gəliblər. Belə olduğu təqdirə o öz çantasını çimərlikdə istirahət edən qadının çantasının yanına qoyub. Bir müddət sonra isə çantaların hər ikisini də götürərək çimərliyi tərk ediblər.  Bundan sonra etdikləri hərəkətdən qorxduqları üçün yetkinlik  yaşına çatmaya Məmmədşah telefonlardan birini sındırıb digərini isə tullayıb. Götürülən pulları isə öz aralarında xərcləyiblər.

Artıq saxlanılan şəxslərin barəsində Binəqədi rayon polis idarəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb araşdırma aparılır.

Gununsesi.info