Gununsesi.info  xəbər verir ki, Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Fuad Qəhrəmanlının vəkili Nemət Kərimli, Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova və Taleh Bağırovun vəkili Yalçın İmanov çıxış ediblər.

Onlar ittihamın əsassız olduğunu, sübuta yetirilmədiyini, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi olmadığını deyiblər. Vəkillər müdafiə etdikləri şəxslərə bəraət verilməsini istəyiblər.

Proses yanvarın 11-də davam edəcək.

Gununsesi.info