Flora Kərimova Əbülfəx Elçibəyin doğum günündən yazdı

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, sabiq Prezident Əbülfəz Elçibəyi doğum günüdür.

Gununsesi.info  xəbər verir ki, mərhum sabiq prezidentə Azərbaycanın bir çox ictimai-siyasi şəxsləri xoş sözlər ünvanlayıb, onunla bağlı xatirələrini bölüşüblər.

Onlar arasında Xalq artisti Flora Kərimova da var.

O, Əbülfəz Elçibəyin doğum gününə təbrik mesajı olaraq deyib:

“Tarix yazan insanlar var ki, zaman onların yoxluğunu deyil, varlığını andırır. Əbülfəz Elçibəy də belə şəxsiyyətlərdən idi. O, bir ömrün deyil, bir amalın adı oldu. Əziz xatirəsi qarşısında sayğılarımla”.

Elmar
Gununsesi.info