Məhkum olunmuş şəxsdə silah aşkarlandı

  • By admin
  • 05 İyul 2016 14:53

 

 

1-1

 

Əvvəllər məhkum olunmuş şəxsdən silah aşkarlanıb.

Günunsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyi(DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış Binəqədi rayon sakini Pərviz Musayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Pərviz Musayev saxlanılıb və onun üzərindən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TT” markalı tapança, 1 ədəd patron darağı  və 7 ədəd patron aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

 

1-2

 

Gununsesi.info