Piyadani vurub hadisə yerindən qaçdı - FOTOLAR (ÖZƏL)

  • By admin
  • 05 İyul 2016 15:00

piada

 

Bərdə rayonunun Heydər Əliyev prospektində maşın piyadəni vuraraq hadisə yerindən qaçıb. Gununsesi.info xəbər verir ki, Bərdə rayonunda “Niva” markalı minik avtomobili yolu keçmək istəyən 33 yaşlı Bərdə rayon sakini Əbilova Günay Mikayıl qızını vuraraq hadisə yerindən qaçıb.

Ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı dərhal ətrafdakıların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Yaralıya müvafiq tibbi yardım göstərilib. Hazırda xəstənin  vəziyyəti orta ağırdır.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

 

piada1

 

piada2

 

piada3

 

Gununsesi.info