Məktəblərdə istilik problemi var? – RƏSMİ

  • By admin
  • 27 Yanvar 2021 12:38

Siniflərdə şagird sıxlığı az olsa belə, Bakı, Sumqayıt və Abşeronda fevralın 1-dən ibtidai sinif şagirdləri üçün dərslər həftədə 3 dəfə olacaq.

Gununsesi.info-nun məlumatına görə, bunu bu gün keçirilən vebinarda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, bölgələrdə siniflərdə şagird sayı çoxdursa, o halda sinif iki qrupa bölünəcək. Şagirdlərinin sayı hər partada bir nəfərin oturmasına imkan verirsə, həmin siniflər məktəbə 5 dəfə gedə biləcəklər.

V.Yaqublu qeyd edib ki, məktəblərdə qaydalara əməl edilmə vəziyyətinin öyrənilməsi üçün daimi monitorinq aparılacaq.

Gununsesi.info