“Məmurların vaxtı ancaq öz şəxsi obyeklərini idarə etməyə çatır” - ASLAN İSMAYILOV

  • By admin
  • 29 İyul 2016 17:11

aslan

 

“SSRİ ona görə çökdü ki, şəxsi mülkiyyət yox idi və məmurlar idarə etdikləri obyektlərə xalqın malı, yəni, heç kimin malı kimi baxırdılar. Bununla belə həmin məmurların şəxsi mulkiyyətləri, obyektləri olmadığından az da olsa dövlət əmlakının idarə olunmasına can yandırırdılar”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov öz “Facebook” statusunda yazıb. O, yazıb ki,  bu gün Azəybaycan məmurları idarə etdikləri obyektlərlə SSRİ dövründən də pis davranırlar:

“Azərbaycan nazirlərinin və digər məmurlarının öz şəxsi mülkiyyətləri olduğundan idarə etdikləri dövlət obyektlərindən ancaq öz şəxsi mülkiyyətini artırmaq üçün istifadə edirlər. Bu gün partlayan zavodlar, çökən idarə və müəssisələr də məhz onun nəticəsidir ki, nazir və məmurların vaxtı ancaq öz şəxsi obyeklərini idarə etməyə çatır.

Sayı yüzlərlə, dəyəri milyardlarla ölçülən obyektlərin gəlir-çıxarını hesablamağa başı qarışmış Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalovun, avtomobil kolleksiyaları ilə gündəmə gələn nazir müavininin hansısa zavodun təhlükəsizlik işləməsini təmin etmək üçün vaxtı heç vaxt olmaz”.

Gununsesi.info