Məşhur aktrisa anasına qulaq asmadı, keçmiş sevgilisi ilə barışdı - FOTO

  • Müəllif: admin
  • 09 Sentyabr 2017 08:45

 

m3

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sevgi macəraları uğursuzluğa uğrayan və bu baxımdan üzü gülməyən aktrisa Məryəm Üzərli anasının “türk kişilərindən uzaq dur” məsləhətini qulaq ardına vurub.

Belə ki, Üzərli keçmiş sevgilisi Ozan Güvənlə barışıb.

Ozan Güvənlə qısamüddətli sevgi yaşayan aktrisa ayrılıqdan sonra iş adamı Alp Özcanla münasibətə başlamışdı. Lakin onun bu mübasibəti də uğursuz oldu.

Son günlərdə isə Məryəm Üzərlinin keçmiş sevgilisinə yenidən şans verdiyi məlum olub. Hətta aktrisa Güvənin sosial mediada paylaşdığı fotoşəklə ürək smaylı qoyub.

annesinin-ogudunu-dinlemeyen-meryem-uzerli-eski-10006713_3236_m

Gununsesi.info