Məşhur aktrisa keçmiş həyat yoldaşının adını eşitdikdə “yox” deyib - HANDE ATAİZİ ONUNLA EYNİ SƏHNƏDƏ ROL ALMAQDAN İMTİNA EDİB

  • By admin
  • 25 Mart 2017 07:45

o-iliskiyi-18-imde-yasadim

Türkiyənin məşhur və bir zaman öncəyə qədər adı daim qalmaqallarda hallardırılan aktrisa Hande Ataizi “Kırlangıç Fırtınası” serialına çəkilməməsinin səbəbini açıqlayıb.

Gununsesi.info-nun gazetevatan.com-a istinadən məlumatına görə, 43 yaşlı aktrisa təklifi qəbul etməməsinin serialda rol alan keşmiş həyat yoldaşı, aktyor Fikrət Kuşkanla heç bir əlaqəsinin olmadığını vurğulayıb: “Təklifi ssenariyə görə qəbul etmədim. Fikrətlə heç bir əlaqəsi yoxdur. Bizim aramızda münasibət olanda mən 18 yaşında idim”.

Xatırladaq ki, bir müddət əvvəl yayılmış xəbərlərə görə, Hande serialda Fikrət oynadığını bildiyi üçün dərhal “yox” cavabını verib.

Kuşkan “Üstündən xeyli vaxt keçib, mənim üçün problem yoxdur” desə də, amma Ataizini razı salmaq mümkün olmayıb. Qeyd edək ki, cütlük 4 il böyük eşq yaşayıb. 2012-ci ildən isə aktrisa Benjamin Harvey ilə ailə qurub.

Gununsesi.info