
Müğənni Demi Lovato ciu-citsu üzrə göy kəmər sahibi olub.
Gununsesi.info-nun xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ifaçı İnstaqram səhifəsində fotosunu paylaşaraq bildirib.
O, makiyajsız, idman xalatında və belində göy kəmər olan şəklini sosial media hesabında bu şərhlə yerləşdirib:
“Sevincimin həddi-hüdudu yoxdur. Nəhayət ki, Braziliya idman növü olan ciu-citsu üzrə göy kəmər sahibi oldum. Bir ildir ki, hər gün məşq edirdim”.
Sevənləri 25 yaşlı Demini bu uğuru münasibəti ilə təbrik ediblər.
Gununsesi.info











