Macarıstanda Turan Qurultayı başladı

  • Müəllif: admin
  • 12 Avqust 2016 11:13

turan

 

“Macarıstanda Turan Qurultayı başladı. Bu gün Türk dünyasının hər yerindən gəlmiş bacı-qardaşlarımıza birlikdə Macarıstan Parlamentində maraqlı tədbirdə Azərbaycan heyəti olaraq iştirak etdik”.

Gununsesi.info-nun məlumatına görə bu haqda millət vəkili Qənirə Paşayeva sosial şəbəkədəki səhifəsində yazıb.

Qeyd edək ki, 1991-ci ildən Macarıstan Azərbaycanın müstəqilliyini tanıdı və bundan sonra Azərbaycan-Macarıstan dostluq münasibətləri yarandı. 

Onu qeyd edək ki,  iki ildən bir keçirilən Turan Qurultayında Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, o cümlədən bir çox dövlətlərin tərkibində muxtar subyektlər olaraq var olan Avarlar, Başkurtlar, Çuvaşlar, Qaqauzlar, Qaraqalpaqlar, Tatarlar, Tuvalar, Yakutlar, Noğaylar, Moğollar böyük bir nümayəndə heyəti ilə təmsil olunurlar.

Macarlar çoxsaylı Avropa xalqları arasında öz milli xüsusiyyətlərini hələ də qoruyub saxlayırlar. Min ildən artıqdır mövcud olan macar dövlətçiliyi qitənin ən qədim dövlətçiliyidir. Macarların əksəriyyəti haqlı olaraq bununla fəxr edir, öz milli ənənələrini hələ uzun illər yaşatmağa çalışırlar.

Xatırladaqki, sonuncuqurultay 2014-cü ilin 8-10 avqusttarixində keçirlib.

Bu qurultay vasitəsilə demək olar ki, bütün türk dünyası iki günlük də olsa, bir araya gəlir, Türk xalqlarının tarixi və soykökü, o cümlədən, gələcək birlikləri doğrultusunda önəmli mesajlar verilir.

Gülnaz Qənbərli

Gununsesi.info