Madridi sel basdı - Video

  • By admin
  • 29 Avqust 2019 09:53

İspaniyanın paytaxtı qasırğaya təslim olub. Regiona yağışlar və güclü dolu yağıb. Təbiət hadisəsi nəticəsində yollar iflic vəziyyətinə düşüb, hava limanlarında reyslər təxirə salınıb.

Gununsesi.org xarici KİV-lərə istinadla xəbər verir ki, Madrid metropoliteninin departamenti metronun bir neçə xəttinin fəaliyyətinin dayandırılması barədə elan edib. Daha çox Arqanda-del-Rey rayonu əziyyət çəkib. Orada güclü su axını parkinqdəki maşınları yuyub aparıb və binaları su basıb.

İspaniyanın Dövlət Meteorologiya Agentliyinin məlumatına görə, yayın sonunadək ölkədə yağışlar gözlənilir.