Mağaza yaranlar yaxalandı - Oğrular bir-birini ittiham edir (FOTO)

  • By admin
  • 20 Dekabr 2016 12:07

unnamed-1

Abşeron rayon polis idarəsinin əməliyatçıları Masazır qəsəbəsində mağaza qarət etməkdə şübhəli bilinən iki nəfəri yaxalayıb.

Gununsesi.info xəbər verir ki, Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edən vətəndaş Faiq İbrahimov Masazır qəsəbəsində ona məxsus ərzaq mağazasının qarət olunması barədə məlumat verib. Zərərçəkmiş polis əməkdaşlarına bildirib ki, gecə saatlarında dükanına daxil olan naməlum şəxslər 800 manat dəyərində siqaret, 2 ədəd Viski və içərisində 38 manat olan kassa aparatını oğurlayıblar. Rayon polis idarəsinin əməliyatçıları hadisəni törətməkdə şübhəli bilinən Masallı rayonu Yeddi oymaq kənd sakini İnşallah Allahşükür oğlu Musayev və  Masazır qəsəbə sakini Cavidan Cavid oğlu Mahmudovu saxlayıb. İlkin dindirilmə zamanı Cavidan Masazırdakı avtoyuma məntəqələrindən birində yuyucu işləyən İnşallah tərəfindən bu yola sovq edildiyini deyir. Cavidanın sözlərinə inansaq İnşallah mağazaya daxil olan zaman o pusquda durub.İş dara düşən də cinayət müttəfiqləri bir birini satıb. Belə ki, 26 yaşlı İnşallah Musayev isə Cavidanı yalan danışmaqda ittiham edib. İnşahhalhın sözlərinə inansaq Cavidanla avtoyuma məntəqəsində çalışan zaman tanış olub. Qazancının az olmasından gileylənəndə Cavidan ona oğurluq etməyi təklif edib.

Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

unnamed

Gununsesi.info