Mağazadan naqil oğurlayan şəxslərdən biri məhkəmə zalından azadlığa buraxıldı

  • By admin
  • 10 Noyabr 2016 17:50

mehkeme-huquq-300x239

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Elxan Muxtarov və Samir Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Samir Aslanov 6 il müddətinə azadlıqdan məhrum edilib. E. Muxtarov isə 1000 manat cərimə olunaraq, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Sumqayıt şəhərində tikinti materialları satılan mağazalardan naqil oğurlamaqda ittiham olunublar.

Gununsesi.info