Mahir Emreli Polşada döyüldü

  • By admin
  • 13 Dekabr 2021 09:43

Polşanın “Legiya” klubunun azarkeşləri Plotsk “Visla”sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra komandanın futbolçularına hücum ediblər.

Gununsesi.info  xəbər verir ki, onlar oyunçulara xəsarət yetiriblər.

HTML tutorial

Bildirilir ki, həmin futbolçulardan ikisi ciddi xəsarət alıb. Onlardan biri Azərbaycan millisinin üzvü Mahir Emreli, digəri isə Lukinyas olub.

“İnteria” nəşrinin yazdığına görə, polis hadisəyə müdaxilə edib. Futbolçuların xəsarət alması ilə bağlı isə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, qarşılaşmadan sonra “Legiya”nın baş məşqçisi Marek Qolebiyevski istefa verib.

Gununsesi.info