Malayziyanın cənubunda yerləşən Cohor ştatında qayıq çevrilib. Hadisə nəticəsində 8 nəfər həyatını itirib, 20 nəfər isə itkin düşüb.
Gununsesi.info xarici KİV-lərə istinadla xəbər verir ki, insident yerli vaxtla saat 22:00-da baş verib. Qayıqda 62 İndoneziya vətəndaşı olub. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir. İndiyə qədər 34 nəfərin xilas olduğu bildirilir.
Hadisəyə səbəb kimi qayığın mühərrikinin nasazlığı və dənizdə olan yüksək dalğalar göstərilir.
Gununsesi.info