
Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti və qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” Bakıda birgə aksiya keçirir. Şirkətdən Gununsesi.info-ya verilən məlumata görə, qeyd olunan aksiya çərçivəsində hər bir yeni “Uber” istifadəçisi hərəsi 10 AZN-dək olan iki ödənişsiz səyahət imkanı əldə edir. Aksiya iştirakçısı olmaq üçün mobil telefona “Uber” əlavəsini yükləmək (“AppStore”, “Google Play” və “Windows Market”də yükləmək mümkündür), qeydiyyatdan keçmək, “Mastercard” kart vasitəsilə ödəniş etmək, “Promokodlar” bölməsində MasterCardBaku promokodunu daxil edib lazımi ünvana sifariş vermək gərəkdir. Beləliklə, hər bir yeni istifadəçi isti yay mövsümündə komfortlu avtomobildə tam ödənişsiz səyahət etmək şansı əldə edir.
Bu ilin sentyabrın 30-dək keçiriləcək aksiyada “Uber”də yalnız “Mastercard” kartı vasitəsilə qeydiyyatdan keçmiş yeni istifadəçilər iştirak edə bilərlər. Hər bir yeni istifadəçiyə hərəsinin dəyəri 10 AZN-dək olan ilk iki səyahət tam pulsuz təqdim olunur.
Gülnaz Qənbərli