MARAQLI: Ev bəzəmədə işlədilən rənglər psixologiyamıza necə təsir edir: Hansı rəng nə hiss etdirir?

  • By admin
  • 31 Yanvar 2023 18:25

Rənglərin insan psoxologiyası üzərindəki təsiri bilinən bir gerçəkdir. Hər rəngin insanların üzərində fərqli təsirləri var. Mütəxəssislər rən seçimi edərkən diqqət edilməsinin gərəgli olduğunu vurğulayır. Araşdırmalar ev bəzənməsində seçilən rənglərin insan psixologiyası və ruh sağlamlığı üzərində təsirli olduğunu önə sürürlər. Buna görə də, rənglə bağlı seçimlərdə, özəlliklə diqqətli olmaq gərəklidir. Ahəng, tarazlıq, hüzur üçün evdə işlədilən rəngləri diqqətli bir şəkildə seçmək çox önəmlidir.

Gununsesi.info xarici mətbuata istinadən rəng seçimləri ilə bağlı maraqlı bilgiləri sizə təqdim edir:

Rəng seçimləri ruh halına təsir edir

Ekspertlərin fikrincə, evinizin bəzənməsi bə işlətdiyiniz rənglər ovqatınıza təsir edir. Çinlilərə xas “feng shui”yə görə evinizdə istifadə etdiyiniz mebellər və dekorlar ovqatınıza pis və ya yaxşı təsir edir.

Amerikadakı Minnesota Universitetindəki birinci sinife gedən 30 tələbə ilə edilən çalışma zamanı qırmızı rəngdəki bir otağın yaşıl rəngdəki bir otağa nisbətdə şagirdlərin stress səviyyəsini artırdığı müşahidə edilib.

 

Budur, ruh sağlamlığınıza şən təsir edəcək və ovqatlandıracaq rənglər…

Yaşıl

Təbiətlə eyniləşdirilən yaşılın stress səviyyələrini azaltdığı və şən duyğuları təşviq etdiyi bilinir. Yataq rəngi yaşıldırsa köklənmə müddətini və səmərəliliyi artırdımasını önə sürürlər.

Göy

Göy kimi soyuq rənglərin sakitləşdirici bir təsiri olduğu düşünülür. Qan şəkərini endirmə və yuxusuzluğu əngəlləməkdə təsirli olan göy rəng yataq otağl üçün mükəmməl rəng ola bilər.

Çəhrayı

30 şagirdin qatıldığı araşırmada çəhrayı tonların stress səviyyələrini azaltdığı müşahidə edilib. İsveçrədəki həbsxanalarda məhkumların çəhrayı otaqlara yerləşdirildiyi və psixoloqların ofislərini, özəlliklə çəhrayı rəngdə seçdiyi bildirilir.

Təmizlik və yeniliklə əlaqələndirilən ağ rəng, eyni zamanda sakitlik və hüzur verir. Bütövlükdə, bəyaz olaraq adlandırılsa da, tünd ağdan və boza çalan ağ rəngdən uzaq durmaqda fayda var.

 

Bu rənglərdən uzaq durun

Araşdırmaların nəticələrinə görə, psixologiyaya pis təsir edən rənglər bunlardır:

 

Qırmızı

Qırmızı olduqca güclü və basqıçı bir rəngdir. Ancaq bu rəngin stress, nifrət, qayğı, narahatlıq və həyacanı yüksəltdiyi vurğulanır.

Boz

Neytral bir rəng kimi görünsə də boz nə eviniz, nə də yataq otağınız üçün ideal bir rəng deyil. Boz, bütövlükdə soyuqluq, depressiya, hüzn və qaranlıqla əlaqələndirilir. Boz rəng, özəlliklə sənayedə çox işlədilir.

Parlaq sarı

Həyəcan, xpşbəxtlik və Günəş işığı ilə əlaqələndirilən parlaq sarı usta mütəxəssislərə görə, ev bəzəməsi üçün uyğun bir rəng deyil. Parlaq sarı rəngin yatmağa çalışarkən səmərəsiz olacağı sanılır.

 

Tünd qəhvəyi və ya qara

Ev bəzəyində qaranlıq və iç qaraldıcı hiss etdirən rənglərdən uzaq durmaq gərəkdir. Tünd rəngdəki rənglər üzüntü, yalnızlıq və qorxu hiss etdirə bilir.

 

Sizə fikir verə biləcək bəzi bəzək örnəkləri bunlardır:

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info