Masallı rayonunda dəhşətli qəza baş verib.
Gununsesi.org xəbər verir ki, rayon ərazisində yük maşını “Mercedes” “Vito” markalı mikroavtobusla toqquşub.
Hadisə nəticədə 8 nəfər ölüb. İki nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Dünyasını dəyişənlər Əlsgər Rzayev, azyaşlı övladları – Hikmət Rzayev, Azər Rzayev, Rəşad Tağıyev, Ayxan Rufullayevdir.
Digər iki nəfərin isə soyadı hələki müəyyən olunmayıb. Bunlar Murtac və Ələkbər adlı şəxslərdir.
Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.
Ağır qəzada xəsarət alan iki nəfər – 1995-ci il təvəllüdlü Milanə Tağıyeva, soyadı məlum olmayan Ruhiyyə adlı qadındır.
Hər iki şəxsə xəstəxanada tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Gununsesi.org












